Xəzər dənizində zəlzələ olub
Əziz Əzizli
Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb.
"Operativ Media"nın məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 3:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik daha çox müşahidə edilir. Belə ki, oktyabrın 16-da, 18-də, 19-da, 23-də, habelə noyabrın 7-də Xəzərdə zəlzələlər qeydə alınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net