Menyu

Əksər rayonlarda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

Əksər rayonlarda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

Hazırda əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 13-ü saat 16:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur. Balakən, Zaqatala, Şəki, Oğuz, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Göyçay, Neftçala, Yardımlı, Lənkəran, Astarada arabir yağış yağır.

Şərur, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Qobustan, Lerikdə duman müşhidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 12, Aran rayonlarında 12, dağlıq rayonlarda 6 dərəcə isti qeydə alınıb.

Teqlər:

"\u018fks\u0259r rayonlarda ya\u011f\u0131nt\u0131l\u0131 hava m\u00fc\u015fahid\u0259 olunur - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər