"Dinamo Zaqreb" növbəti matçına çıxacaq

Əziz Əzizli
"Dinamo Zaqreb" növbəti matçına çıxacaq

Bu gün Xorvatiya çempionatının 18-ci turu start götürəcək.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo Zaqreb" doğma meydanda "Qoritsa" klubu ilə qarşılaşacaq. Mahir Emrelinin bu matça start heyətdə başlayacağı gözlənilir.

Qeyd edək ki, "Dinamo Zaqreb" 41 xalla turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisi isə 35 xalla "Hayduk Split" klubudur.

Digər xəbərlər