14 Noyabr 2024, 17:02
Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİB şəkil
Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, COP29-a dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Avropa Şurasının Baş katibi bu tədbirin qısa müddət ərzində təşkil edilməsini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, adətən sədr ölkələrin COP-un təşkil edilməsi üçün iki ilə qədər vaxtları olduğu halda, Azərbaycanın cəmi 11 ayı var idi və təşkilatçılıq işləri bu müddət ərzində həyata keçirilib.

Dövlətimizin başçısı dedi ki, mahiyyəti üzrə COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var. Belə ki, 10 ildən artıq müzakirə olunan Paris Sazişinin altıncı bəndi üzrə ilkin nəticələr əldə olunub və bu istiqamətdə danışıqlar davam etdiriləcək. Həmçinin yeni maliyyə hədəfinin müəyyən olunması ilə əlaqədar beynəlxalq maliyyə strukturları tərəfindən verilən açıqlamalar da müsbət mesajlar kimi qiymətləndirilir. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti dedi ki, xüsusən inkişaf etməkdə olan dövlətlərin bu məsələdə böyük gözləntiləri var.

Alen Berse vurğuladı ki, Avropa Şurası ətraf mühitlə bağlı cinayətlərə və iqlim dəyişmələri ilə əlaqədar məsələlərə böyük əhəmiyyət verir və bunlar təşkilatın gündəliyində yer alıb.

Qonaq Avropa Şurası çərçivəsində dövlətlərin müxtəlifliyi prinsipinin xüsusi əhəmiyyət daşıdığını dedi.

Dövlətimizin başçısı Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ölkəmizin bu təsisatın 76 müxtəlif konvensiyasına qoşulduğunu qeyd etdi.

Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, Azərbaycanın təşəbbüsü ilə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında yaradılmış Bakı Prosesinin əhəmiyyəti vurğulandı.

***

12:13

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər
Almaniya hakimiyyəti sənaye obyektləri üzərində PUA-ların görünməsini araşdırır
Türkiyənin Suriyadakı səfirliyi sabah açılır
Nensi Pelosi Lüksemburqa səfəri zamanı xəsarət alıb
Argentina prezidenti İtaliya vətəndaşlığını qəbul edib
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib
Hakan Fidan İordaniyaya səfər edəcək
Blinken Suriyada mülki hökumətin qurulmasına çağırış edib
Naxçıvanda hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq elan edilib
Aİ Ukraynaya əlavə yardımı müzakirə edəcək
Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla görüşüb
Rusiyada "Viber" sosial şəbəkəsi bağlanıb