14 Noyabr 2024, 13:17
Kamran Əliyev BƏƏ-nin Baş Prokurorunun müavini ilə görüşüb
Kamran Əliyev BƏƏ-nin Baş Prokurorunun müavini ilə görüşüb şəkil
Kamran Əliyev BƏƏ-nin Baş Prokurorunun müavini ilə görüşüb

Noyabrın 14-də Baş Prokuror Kamran Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş Prokurorunun müavini Sultan Al-Juwaiedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Operativ Media"ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qonaqları salamlayan Baş Prokuror Kamran Əliyev bildirib ki, Azərbaycanla BƏƏ arasında möhkəm diplomatik münasibətlər var. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edən Kmaran Əliyev qeyd edib ki, bu beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının çox böyük rolu olduğunu qeyd ediblər.  

Birləşmiş Ərəb Əmirliklərinin Baş Prokurorunun müavini Sultan Al-Juwaied səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdə keçirilən ən böyük iqlim konfransı, COP29-un Azərbaycanın sədrliyi ilə uğurla davam etdiyini vurğulayıb.

Sultan Al-Juwaied iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın bütün platformalarda genişlənəcəyinə əminliyini ifadə edib. 

Qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı ətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Son xəbərlər
Almaniya hakimiyyəti sənaye obyektləri üzərində PUA-ların görünməsini araşdırır
Türkiyənin Suriyadakı səfirliyi sabah açılır
Nensi Pelosi Lüksemburqa səfəri zamanı xəsarət alıb
Argentina prezidenti İtaliya vətəndaşlığını qəbul edib
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib
Hakan Fidan İordaniyaya səfər edəcək
Blinken Suriyada mülki hökumətin qurulmasına çağırış edib
Naxçıvanda hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq elan edilib
Aİ Ukraynaya əlavə yardımı müzakirə edəcək
Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla görüşüb
Rusiyada "Viber" sosial şəbəkəsi bağlanıb