Menyu

Dövlət Xidmətinin idarə və şöbəsində pozuntular aşkarlanıb

Nərmin Qocamanlı
Dövlət Xidmətinin idarə və şöbəsində pozuntular aşkarlanıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsində və Goranboy rayon şöbəsində aparılmış xidməti yoxlamalar nəticəsində qanun pozuntuları aşkar edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, fəaliyyətlərində nöqsan və çatışmazlıqlar aşkar olunan 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib. O cümlədən, xidməti fəaliyyətlərini şəxsi maraqları üzərində qurub vətəndaşlara qarşı qanunsuz tələblər irəli sürməklə qanunla qorunan hüquqlarını pozan 3 əməkdaş xidmətdən xaric olunaraq əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış material Baş Prokurorluğa göndərilib.

“Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək”, - deyə Dövlət xidmətinin yaydığı məlumatda qeyd edilib.

Teqlər:

"D\u00f6vl\u0259t Xidm\u0259tinin idar\u0259 v\u0259 \u015f\u00f6b\u0259sind\u0259 pozuntular a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər