17 Noyabr 2024, 13:26
Milli Məclisin sədri rusiyalı həmkarı ilə görüşüb
Milli Məclisin sədri rusiyalı həmkarı ilə görüşüb şəkil
Milli Məclisin sədri rusiyalı həmkarı ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlıq məsələləri, həmçinin COP29 çərçivəsində aparılan müzakirələr barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Sahibə Qafarova iqlim dəyişikliyi ilə bağlı məsələlərin bütün dövlətləri narahat etdiyini qeyd edərək, Azərbaycanın COP29-a uğurla sədrlik və ev sahibliyi etdiyi xatırladaraq, bu mühüm qlobal tədbirdə bütün maraqlı tərəflərin iştirakı ilə məhsuldar müzakirələrin təşkil olunduğunu, artıq bəzi mühüm nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. O, Rusiya tərəfinin həm COP29, həm də Parlament Görüşündə iştirakına görə təşəkkürünü bildirib.

Andrey Yatskin isə öz növbəsində COP29-un uğurlu təşkili münasibətilə təbriklərini çatdıraraq, bütün dünyanın Bakıda keçirilən bu qlobal tədbirə böyük maraq göstərdiyini söyləyib.

Söhbət zamanı qeyd edilib ki, iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində parlamentlər də mühüm rol oynayır. Bu baxımdan Parlament Görüşünün təşkili xüsusi məna ifadə edir və parlamentlərin bu prosesdə iştirakının gücləndirilməsi, qarşılıqlı müzakirələr və diskussiyalar nəticəsində ortaq mövqeyin ifadə olunması üçün yaxşı platforma rolunu oynayır.

Görüşdə, həmçinin ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunaraq, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində mühüm rolu qeyd edilib. Ölkələrimizin digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da əlaqələrin inkişaf etdiyi bildirilərək, parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığı təqdir edilib.

Son xəbərlər
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək