Yunanıstan Super Liqasında çıxış edən "Olimpiakos" heyətinə yeni futbolçu cəlb edib.
"Operativ Media" xəbər verir ki, Pire şəhər təmsilçisi "Flamenqo" klubundan son cinah müdafiəçisi Ramon Ramosu heyətinə qatıb. "Qırmızı-ağlar" bu transfer üçün qarşı tərəfə 1,5 milyon avro ödəyib.
Qeyd edək ki, "Olimpiakos" Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer almışdı. Yunanıstandakı görüş "Qarabağ"ın 0-3 hesablı qələbəsi, Bakıdakı görüş isə 0-0 hesablı bərabərliklə başa çatmışdı.