Menyu

Energetika naziri OPEC-in Baş katibi ilə görüşüb - FOTO

Əsəd Abbaslı
Energetika naziri OPEC-in Baş katibi ilə görüşüb - FOTO

Nazirlikdən "Operativ Media"a bildirilib ki, görüşdə Baş katib Haysam Əl-Qays Azərbaycanın COP29 Sədrliyinə dəstəyini ifadə edib və COP çərçivəsində keçirilən tədbirlərdə iştirakından bəhs edib. Həmçinin Baş katib qeyd edib ki, Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv rol oynayır.

Görüşdə enerji bazarındakı qlobal trendlərdən, neft sənayesinin perspektivlərindən, “təmiz enerji”yə nail olmaq üçün emissiyaların azaldılmasından və yeni texnologiyaların tətbiqində investisiyaların əhəmiyyətindən danışılıb. “OPEC plus” formatında təmsil olunan ölkələrin həyata keçirdiyi bərpaolunan enerji layihələrinin və bu əməkdaşlıq əlaqələrinin “yaşıl enerji” tərəfdaşlığına töhfələri nəzərdən keçirilib. Bu xüsusda, BƏƏ və Səudiyyə Ərəbistanının Azərbaycanda və Mərkəzi Asiya ölkələrində bərpaolunan enerji layihələrində iştirakı qeyd edilib.

Söhbət zamanı enerji bazarının sabitliyinin təmin olunmasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu cür dialoqların davam etdirilməsinin vacibliyi ifadə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər