Menyu

Məhkəmə tekstil şirkəti ilə bağlı cərimə qərarı verib

Nərmin Qocamanlı
Məhkəmə tekstil şirkəti ilə bağlı cərimə qərarı verib

“Esen Tekstil” MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Yol Polisi (DYP) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.  

Hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, “Esen Tekstil” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşid Xəlilov Tahir oğludur. Hüquqi ünvanı AZ1116, Bakı Şəhəri Binəqədi Rayonu, Mikrorayon 7, ev 29 B, m. 86 ünvanında yerləşir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər