Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, "Azəriqaz" İB-nin razılıq məktubuna əsasən vətəndaşa məxsus həyətyanı sahənin qarşısından keçən, diametri 76 mm-lik qaz xəttinin podratçı təşkilat tərəfindən yerinin dəyişdirilməsi məqsədilə əlaqədar olaraq, noyabrın 21-i saat 14:00-dan etibarən işlər yekunlaşanadək Şirvan şəhəri T.İsmayılov küçəsinin bir hissəsi, Kənd yaşayış massivinin bir hissəsi və F.Cavadov küçəsində (ümumilikdə 880 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net