Erlinq Holan 61 dəqiqəyə het-trik etdi

Əziz Əzizli
Erlinq Holan 61 dəqiqəyə het-trik etdi

İngiltərə Premyer Liqası çərçivəsində 21-ci turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Vulverhempton" klubunu 3-0 (davam edir)  hesabı ilə məğlub edir. Bu matçda het-trik edən Erlinq Holan qollarının sayını 25-ə çatdırıb və keçən mövsümün bombardirini (23 qol) geridə qoyub.

Qeyd edək ki, norveçli futbolçu  bu mövsüm "Aston Villa", "Çelsi", "Bornmut", "Leyçester", "Kristal Pelas", "Southempton", "Vestxem", "Nottinqem Forest", "Everton" və "Vulverhempton" komandalarından daha çox qol vurub.

Digər xəbərlər