Menyu

Hüquqi sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb

Nərmin Qocamanlı
Hüquqi sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb

Bu barədə "Operativ Media"ya Audiovizual Şuradan verilən məlumatda deyilib.

Bildirilib ki, aparılan mütəmadi monitoriqlər nəticəsində platforma operatorları olan "Artkom.Net" MMC, "Boss Group" MMC və "Shakh Telecom" MMC-nin retranslyasiya paketlərində buna hüquq verən sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb. Bununla bağlı Audiovizual Şura tərəfindən 19-20 noyabr 2024-cü il tarixlərində inzibati xəta haqqında protokollar tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilib.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə davamlı monitorinqlər həyata keçirilir və mütəmadi olaraq nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcəkdir.

Teqlər:

"H\u00fcquqi s\u0259n\u0259d olmadan 100-d\u0259n \u00e7ox xarici televiziya kanal\u0131n\u0131n retranslyasiya olunmas\u0131 fakt\u0131 a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər