Məhkəmə "Azər Tikinti-Təmir və Təchizat" şirkəti ilə bağlı cərimə qərarı çıxarıb

Nərmin Qocamanlı
Məhkəmə "Azər Tikinti-Təmir və Təchizat" şirkəti ilə bağlı cərimə qərarı çıxarıb
"Azər Tikinti-Təmir və Təchizat" MMC nəqliyyat vasitələri ilə bağlı qaydalarını pozduğu üçün cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş şirkətlə bağlı müraciətə baxılıb.

Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Digər xəbərlər