"Andrew's Ties Baku" yeni qalstuk kolleksiyasını təqdim edib

admin
"Andrew's Ties Baku" yeni qalstuk kolleksiyasını təqdim edib
Azərbaycanımızın tarixi və mədəniyyətinin təbliğində xüsusi ilə fəqlənən, “Xarıbülbül” simvolunu ilk dəfə 2015-ci ildə yaradaraq onu qalstuk üzərinə keçirən İtaliyanın “Andrew’s Ties” ticarət markası bu dəfə Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncəyə aid qalstuk ərsəyə gətirilib.

"Operativ Media" xəbər verir ki, qalstukun dizaynı hazırlanarkən Gəncə xanlığına məxsus bayrağın elementlərindən, rəngindən istifadə edilmiş, Gəncəyə məxsus xalça naxışları ilə bəzədilmişdir. Qalstuk 100% ipək olmaqla, İtaliyada İtaliyalı ustalar tərəfindən istehsal edilmişdir, əl işidir. Qalstukun Azərbaycana idxalçısı “La Kravatta Baku” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Qalstukun nəfis tərtibatlı qutusu, çantası və Gəncəyə aid məlumatları özündə əks etdirən məlumat kitabçası vardır.

Məlumat kitabçası Azərbaycan və ingilis dillərində olmaqla Gəncənin xanlıq dövrünü, 20-ci əsr və müasir Gəncəni özündə ehtiva edir. Məlumat kitabçasında Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən bombalanmasına dair faktlar da yer almışdır.

Məlumat üçün bildirək ki, “La Kravatta Baku” şirkəti bundan əvvəl Qarabağ xalçası və kilimi, Qarabağ, Xarıbülbül, İrəvan xanlığı, Qarabağ atları, Azərbaycan narı, Qobustan, Bakı, Naxçıvan mövzularında qalstukların İtaliyada istehsalına nail olmuş və onları Azərbaycan ictimaiyyətinə təqdim etmişdir.

facebook
instagram

Digər xəbərlər