Menyu

AYNA: COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb

AYNA: COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb

Bu barədə "Operativ Media”ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) bildirilib.

Qeyd edilib ki, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək. Bu məqsədlə AYNA tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb. Bildiririk ki, yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq. 25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər