Məhkəmə ticarət firmasını cərimələyib

admin
Məhkəmə ticarət firmasını cərimələyib
“A+A Müstəqil Ticarət Firması nəqliyyat vasitələri ilə bağlı qaydalarını pozduğu üçün cərimələnib.

"Operativ Media"bın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən Firma barəsində 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş Firma ilə bağlı müraciətə baxılıb.

Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Digər xəbərlər