Rusiya Prezidenti Vladimir Putin noyabrın 27-də Qazaxıstana səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq.
Dövlət başçıları Qazaxıstan və Rusiya arasında XX Regionlararası Əməkdaşlıq Forumunda videokonfrans vasitəsilə iştirak edəcəklər.
Qeyd olunub ki, noyabrın 28-də Kasım-Jomart Tokayevin sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
İştirakçı ölkələr regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. İclasın yekunu üzrə bir sıra sənədlər qəbul olunacaq.