Menyu

Moskva-Şarja reysini həyata keçirən təyyarə Bakı aeroportuna məcburi eniş edib

Əsəd Abbaslı
Moskva-Şarja reysini həyata keçirən təyyarə Bakı aeroportuna məcburi eniş edib

Bu barədə "Operativ Media"a Heydər Əliyev Beynəlxalq Aeropotunun mətbuat xidmətindən bildirilib.

Bu qərar göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi ilə əlaqədar olaraq qəbul edilib.

“Airbus A320” təyyarəsi təhlükəsiz şəkildə yerli vaxtla saat 18:54-də Bakı hava limanına eniş edib. Hadisə ilə əlaqədar olaraq aeroportun müvafiq xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təcili tibbi yardım briqadası sərnişinə yerində operativ şəkildə yardım göstərib. Daha sonra müayinə üçün xəstəxanaya çatdırılıb.

Teqlər:

"Moskva-\u015earja reysini h\u0259yata ke\u00e7ir\u0259n t\u0259yyar\u0259 Bak\u0131 aeroportuna m\u0259cburi eni\u015f edib"

Əlaqəli Xəbərlər