Menyu

Məhkəmə statistik məlumatların verilməsi qaydalarını pozan şirkətə cərimə kəsib

Nərmin Qocamanlı
Məhkəmə statistik məlumatların verilməsi qaydalarını pozan şirkətə cərimə kəsib
1 dəq oxu

"Operativ Media"nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cü (Statistik məlumatların verilməsi qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Əlaqəli Xəbərlər