Suraxanıda yaşayış binasında yanğın olub, insanlar təxliyə edilib
Əsəd Abbaslı
"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik naqilləri və 20 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 4-ü uşaq olmaqla 33 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Qalan sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Teqlər:
"Suraxan\u0131da ya\u015fay\u0131\u015f binas\u0131nda yan\u011f\u0131n olub insanlar t\u0259xliy\u0259 edilib"