Menyu

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - YENİLƏNİB

Nərmin Qocamanlı
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - YENİLƏNİB
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

***

06:43

Müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Operativ Media"nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.

Əlaqəli Xəbərlər