Məhkəmə "Hermes Finance" lizin şirkəti ilə bağlı cərimə qərarı verib

Nərmin Qocamanlı
Məhkəmə "Hermes Finance" lizin şirkəti ilə bağlı cərimə qərarı verib
"Hermes Finance" MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Yol Polisi (DYP) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş lizin şirkəti ilə bağlı müraciətə baxılıb.   

Hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, "Hermes Finance" ASC 2018-ci ildə təsis edilib. Şirkət lizinq fəaliyyəti ilə məşğuldur.

Digər xəbərlər