“Neftçi” PFK-nın “Apollon” klubu ilə futbolçu Qodsvey Donyonun satışı ilə əlaqədar rəsmi danışıqlar uğurla başa çatdırılıb və hücumçu Kipr təmsilçisinə satılıb.
"Operativ Media" xəbər verir ki, “Neftçi” klubu bu haqda rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Qodsvey Donyo 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.