28 Noyabr 2024, 11:21
"Real Madrid"in futbolçusu zədələndi
"Real Madrid" in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa Çempionlar Liqasının qrup mərhələsində "Liverpul" la oyunda zədələnib.

"Operativ Media" xəbər verir ki, 22 yaşlı futbolçu ikinci hissənin əvvəlində sol ayağının arxasında ağrı hiss edib və meydanı tərk etmək məcburiyyətində qalıb. Kamavinqa stadionu axsayaraq tərk edib
Bu gün yarımmüdafiəçi tibbi müayinədən keçəcək. Onun zədəsinin durumu və sağalma müddəti müəyyənləşəcək.