Yevlaxda yük avtomobili sərnişin avtobusu ilə toqquşub, bir nəfər xəsarət alıb
Nərmin Qocamanlı
Baş Dövlət Yol Polisi İdarəsindən "Operativ Media"ya verilən məlumata görə, bu gün saat 10:50 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində “SCANIA” markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Nəticədə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma