Menyu

Fövqəladə Hallar Nazirliyi mülki müdafiə kursları keçirib

Nərmin Qocamanlı
Fövqəladə Hallar Nazirliyi mülki müdafiə kursları keçirib

Bu barədə "Operativ Media"ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlanması” Qaydalarına və Fövqəladə Hallar Nazirliyinin 2024-cü il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirilməsinin Təqvim-Planına əsasən təşkil olunan kurslarda mərkəzi icra hakimiyyəti orqanlarından olan “Mülki Müdafiə qərargah rəisləri” və digər regional mərkəzlərin əhatə etdiyi ərazilər üzrə “Obyekt rəhbərləri” kateqoriyasından olan dinləyicilər iştirak edib.

Kursların keçirilməsində məqsəd idarə, müəssisə və təşkilatların rəhbər heyətinin mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində biliklərinin artırılması, onların fövqəladə hallar zamanı rəhbərlik etdikləri qurumun şəxsi heyətinin mühafizəsi üzrə effektli idarəetmənin həyata keçirilməsi olub.

Tədbirin sonunda dinləyicilərə kursları bitirmələri barədə sertifikatlar təqdim olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər