Menyu

Yağış yağır, duman müşahidə olunur – FAKTİKİ HAVA

Əsəd Abbaslı
Yağış yağır, duman müşahidə olunur – FAKTİKİ HAVA
1 dəq oxu

Bu barədə "Operativ Media"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Gəncə, Şəki, Oğuz, Qəbələ, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır.

Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, Sabirabad, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Astara, Ağdamda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10, dağlıq rayonlarda 1 dərəcəyədək isti qeydə alınıb.

Əlaqəli Xəbərlər