Türkiyə Super Liqası çərçivəsində 20-ci turun oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, "Fənərbaxça" səfərdə "Ümraniyespor" klubunu 1-2 hesabı ilə məğlub edib. Son dəqiqələrdə vurduğu qolla qələbə qazanan "Fənərbaxça" xallarının sayını 41-ə çatdırıb.
Qeyd edək ki, "Sarı-lacivərtlilər" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.