Menyu

Binəqədidə vətəndaşa qarşı 251 min dollarlıq dələduzluq edilib

Nərmin Qocamanlı
Binəqədidə vətəndaşa qarşı 251 min dollarlıq dələduzluq edilib
1 dəq oxu

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər