Menyu

DGK “alma” yükündə 32 kq-a yaxın marixuananın Azərbaycanın ərazisindən keçirilməsinin qarşısını alıb

Nərmin Qocamanlı
DGK “alma” yükündə 32 kq-a yaxın marixuananın Azərbaycanın ərazisindən keçirilməsinin qarşısını alıb
1 dəq oxu

"Operativ Media" bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, yoxlamaya nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərində şübhəli cizgilər müşahidə olunduğundan yük kinoloji xidmət iti cəlb edilib.

Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən 12 paletin altlığında gömrük nəzarətindən gizlədilmiş düzbucaqlı formalı 105 bağlamada xalis çəkisi 31 kq 805 qr narkotik vasitə - marixuana aşkar olunub.

Əlaqəli Xəbərlər