Menyu

"Bakı Kart" 4 manata 6 aylıq limitsiz gediş-gəliş təklif edir?

Nərmin Qocamanlı
"Bakı Kart" 4 manata 6 aylıq limitsiz gediş-gəliş təklif edir?

Məsələ ilə bağlı "Operativ Media" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, sosial şəbəkə hesabları üzərindən yayılan məlumatlar həqiqəti əks etdirmir:

"4 AZN ödəyərək ictimai nəqliyyatdan 6 ay ərzində pulsuz istifadə imkanın yaradılması ilə bağlı bəzi sosial şəbəkə hesabları üzərindən yayılan məlumatlar həqiqəti əks etdirmir. 

Kiberdələduzlar qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə sosial şəbəkələrdə hesablar yaradaraq, bu hesablar üzərindən vətəndaşları müəyyən linklərdə qeydiyyatdan keçməyi təşviq edirlər. Vətəndaşlardan qazandıqları hədiyyənin çatdırılması üçün fərdi məlumatları və ödəniş üçün bank kartının məlumatlarını daxil etməsi istənilir". 

Tural Orucov vətəndaşlara belə bildirişlərə inanmamağı tövsiyyə edib: " Vətəndaş keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir. Vətəndaşlara belə bildirişlərə inanmamağı və bank məlumatlarını təqdim etməməyi tövsiyə edirik", - deyə o bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər