24 Yanvar 2023, 10:30
"Qalatasaray"ın hücumçusu klubu tərk edə bilər

Türkiyə Super Liqası təmsilçisi "Qalatasaray" isveçrəli hücumçusu ilə yolları ayıra bilər.
"Operativ Media" xəbər verir ki, "sarı-qırmızılılar" Haris Səfəroviçin xidmətində maraqlı deyil. Futbolçu özü də oyunlarda az şans əldə etdiyindən klubunu dəyişmək istəyir.
Futbolçunu transfer etmək istəyənlər arasında İtaliyanın "Salernitana" klubu da var. İtaliya təmsilçisi hücumçunu icarə əsasında heyətinə qatmaq istəyir