24 Yanvar 2023, 14:42
Azərbaycanlı idmançı həbs edildi
Azərbaycanlı idmançı həbs edildi şəkil
Azərbaycanlı idmançı həbs edildi

Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarov həbs edilib.

"Operativ Media" xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin quldurluq və qəsdən sağlamlığa yüngül zərər vurma maddələri ittiham irəli sürülüb.

İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın (ad, soyadı şərti) həyat yoldaşı Zamiq Əliyevin (ad, soyadı şərti) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da Z.Əliyevin oğlu Dadaş Əliyevi (ad, soyadı şərtidir) yaşadığı binanın qarşısında izləyib. D.Əliyev evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman Z.Əliyev də evdə olub. İttiham aktına görə, evə basqın edən idmançı Z.Əliyevə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

E.Muxtarov istintaq zamanı özünü təqsirli bilməyib. Onun sözlərinə görə, uzun müddətdir ki, G.Əliyeva ilə yaxın münasibətdə olub, tez-tez onunla görüşüb.

O ifadəsində deyib ki, Z.Əliyev ona qarşı nalayiq ifadələr işlətdiyi üçün kişini yaxınlıqda işlədiyi bazarda tutaraq bıçaqla vurub. Bildirib ki, bir müddət sonra Günayla parkda görüşən E.Muxtarov qadının mobil telefonunu lombarda girov qoyaraq pul götürüb. Həmin pulu isə mərc oyununda uduzub.

Son xəbərlər
Türkiyənin Azərbaycandakı səfirliyi Gədəbəydə həlak olan əsgərlərlə bağlı başsağlığı verib
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik"
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb
Çin "CERES-1" raketi ilə kosmosa 6 peyk buraxıb
CHP fövqəladə qurultay keçirəcək