Menyu

Suriyadakı vəziyyətlə bağlı Azərbaycan vətəndaşlarından XİN-ə müraciət olunub? - AÇIQLAMA

Əsəd Abbaslı
Suriyadakı vəziyyətlə bağlı Azərbaycan vətəndaşlarından XİN-ə müraciət olunub? - AÇIQLAMA

"Operativ Media" xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

“Vətəndaşlarımız barədə XİN-ə hər hansı bir məlumat daxil olmayıb”, - deyə, o bildirib.

Qeyd edək ki, Azəebaycanın Suriyada səfirliyi yoxdur.

Xatıraladaq ki, “Həyat Təhrir əl-Şam” qruplaşmasının başçılıq etdiyi üsyançılar noyabrın 27-də ölkənin şimalında, o vaxtkı qismən nəzarətdə olan İdlib əyalətindən hücuma başlayıb. Hücumda onlarla yanaşı Suriya Milli Ordusunun ayrı-ayrı bölmələri də iştirak edib.

Silahlılar bir neçə gün ərzində bütün İdlib vilayətini və ölkənin ikinci böyük şəhəri olan Hələb şəhərini ələ keçirib.

Dekabrın 5-də Suriya ordusu Suriyanın əhalisinin sayına görə beşinci şəhəri olan Həmanı tərk edib. Dekabrın 6-da ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərini ələ keçirib. Dekabrın 8-nə keçən gecə hökumət əleyhinə qüvvələr Dəməşqə daxil olub. Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtını təyyarə ilə tərk edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər