Menyu

Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib

Əsəd Abbaslı
Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, tibb ocaqlarının fəaliyyəti ilə tanış olan Leyla Əliyeva burada müalicə alan uşaqların valideynləri ilə görüşüb. Səhiyyə naziri Teymur Musayev Heydər Əliyev Fondunun vitse-prezidentinə bu elmi tədqiqat institutlarında yaradılmış şərait barədə məlumat verib.

Leyla Əliyeva tərəfindən hər iki tibb müəssisəsinə yüksəktezlikli süni tənəffüs cihazları, küvəzlər və digər müasir tibbi avadanlıqlar hədiyyə olunub.

Əlaqəli Xəbərlər