http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sahil Babayev Peter Siyarto ilə videoformatda görüşüb

24 Yanvar 2023 , 17:37
Sahil Babayev Peter Siyarto ilə videoformatda görüşüb

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun videoformatda görüşü olub.

ƏƏSMN-dən "Operativ Media"ya verilən xəbərə görə, Sahil Babayev Azərbaycanla Macarıstanın əlaqələrinin daim genişlənməkdə olduğunu, iki ölkənin dövlət başçılarının qəbul etdiyi “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əlaqələrin inkişafına və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə imkan verdiyini qeyd edib.

Azərbaycanda Macarıstan şirkətlərinin uğurlu fəaliyyəti qeyd olunub, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işlərində də macar şirkətlərinin iştiraka maraq göstərmələrindən məmnunluq ifadə edilib.

Peter Siyarto ölkəsinin Azərbaycanla dost münasibətləri, strateji tərəfdaşlıq əsasında əlaqələrinin daim uğurla inkişaf etdiyini, qarşıdakı dövrdə də bu əlaqələrin genişlənməkdə davam edəcəyinə əminliyini bildirib.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. İqtisadi əməkdaşlığın gələcək istiqamətlərinə, enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsinə, ikitərəfli və tranzit yük axınının həcminin artırılmasına, kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

İki ölkə arasında bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu bildirilib. Ticarət və investisiya, qeyri-neft mallarının ixracı məsələləri, iki ölkənin biznes birlikləri arasında əlaqələrin və qarşılıqlı investisiya qoyuluşlarının həcminin artırılması imkanları müzakirə olunub. Azərbaycan və macar iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin, hər iki ölkədə təşkil olunan biznes forumların davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətindən və ötən ilin fevralında Bakıda keçirilən 8-ci iclasının yekunlarından, Komissiyanın növbəti iclasına hazırlıq işlərindən bəhs olunub.

OXŞAR XƏBƏRLƏR
Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

XƏBƏR LENTİ
  • 23:31

    Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
Menyu