Xorvatiyada Heydər Əliyevin xatirəsi yad edilib
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın Zaqrebdəki səfiri Anar İmanov sosial şəbəkədə bildirib.
“Azərbaycanın Xorvatiyadakı səfirliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə tədbir keçirib”, – diplomat qeyd edib.
Onun sözlərinə görə, iştirakçılara keçmiş prezidentin “inkişaf edən, firavan və həqiqətən müstəqil Azərbaycanın yaradılmasında həlledici rolu barədə məlumat verilib”.
“İstedadlı Azərbaycan musiqiçiləri Fərid Feyzullayev və Jalə Feyzullayevanın tanınmış Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət ifası tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib”, – səfir vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net