Menyu

"Sumqayıt” FK Karim Abubakarla müqavilə imzalayıb

Əziz Əzizli
"Sumqayıt” FK Karim Abubakarla müqavilə imzalayıb

Dövrələrarası fasilədə heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” Futbol Klubu daha bir futbolçunun keçidini reallaşdırıb.

"Operativ Media" xəbər verir ki, Sumqayıt şəhər təmsilçisi son olaraq İsrailin “Bney Yehuda” klubunda çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb. 27 yaşlı hücumçu “Sumqayıt” FK-nın heyətində “9” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Karim Abubakar karyerası ərzində “Medeama” (Qana), “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” (hamısı İspaniya), “Hapoel Akre” (İsrail) kimi klubların uğurları üçün çalışıb.

Teqlər:

"\"Sumqayıt” FK Karim Abubakarla müqavilə imzalayıb"

Əlaqəli Xəbərlər