25 Yanvar 2023, 14:03
Siyatro: Enerji böhranı Azərbaycanı Avropa üçün daha da vacib edib
Siyatro: Enerji böhranı Azərbaycanı Avropa üçün daha da vacib edib şəkil
Siyatro: Enerji böhranı Azərbaycanı Avropa üçün daha da vacib edib

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ağır enerji böhranın Azərbaycanı Avropa üçün daha da vacib etdiyini bildirib.

"Operativ Media" "Daily News Hungary"ə istinadən xəbər verir ki, Azərbaycanda təbii qaz hasilatının artması Macarıstanın və Mərkəzi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər, deyə çərşənbə axşamı xarici işlər və ticarət naziri  Piter Siyatro bildirib.

O, əlavə edib ki, bunun üçün Avropa İttifaqı tərəfindən dəstəklənən regional infrastruktur inkişafları lazımdır. Xarici İşlər Nazirliyinin bəyanatına görə, Azərbaycanın iqtisadiyyat naziri ilə birgə keçirdiyi mətbuat konfransında Siyatro bildirib ki, ağır enerji böhranı Azərbaycanı Avropa üçün daha da vacib edib. O, Cənubi Qafqaz ölkəsində təbii qaz hasilatının artırılmasının Avropanın qısa və ortamüddətli perspektivdə qaz tədarükünü şaxələndirmək üçün ən yaxşı variant olduğunu bildirib.

“Əgər Avropa yeni enerji mənbələri əldə edə bilməsə, yeni enerji təchizatı marşrutları qura bilməsə, enerji təchizatı təhlükəsiz olmayacaq”-deyə Siyatro vurğulayıb.

Siyatro bildirib ki, Macarıstan Bolqarıstan, Rumıniya və Slovakiya ilə birlikdə Avropa Komissiyasına müraciət edərək, Brüsseldən məsələyə prioritet kimi yanaşmağı və regionun enerji təhlükəsizliyini təmin etmək üçün lazım olan inkişaflara dəstək verməsini xahiş edib. O, Azərbaycanın 2027-ci ilə qədər Avropaya qaz tədarükünü ikiqat artırmaq məqsədini alqışlayıb. O, həmçinin qazın cənub dəhlizindən Avropanın mərkəzi hissəsinə çatdırılması üçün lazım olan müqavilə və fiziki şəraitin yaradılmasının vacibliyini vurğulayıb.

Macarıstanın XİN rəhbəri əlavə edib ki, Macarıstan müxalifəti on il əvvəl hökumətin Azərbaycanla əməkdaşlığın inkişafı ilə bağlı ilkin danışıqlarını tənqid etdiyi halda, indi aparıcı Avropa siyasətçiləri “Azərbaycan prezidenti ilə foto çəkdirmək” istəyirlər.

"Son on ildə dünya çox dəyişdi, lakin biz hələ də keçmişdə olduğu kimi eyni mövqedəyik"-Siyatro bildirib.

Son xəbərlər
Bu gün Torpaq çərşənbəsidir
Ağ Ev: Tramp Moskvaya sanksiya təzyiqi tətbiq etməyə hazırdır
Pentaqon Ukraynaya hərbi yardımın bərpa edilməsini təsdiqləyib
Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşib
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlayan narkokartelin lideri məhv edilib
Avropa İttifaqı Suriyaya 2,5 milyard avro ayıracaq
ABŞ ordusu Yəməndə husilərə zərbə endirib
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub