U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin komanda yarışlarına yekun vuruldu

Əziz Əzizli
U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin komanda yarışlarına yekun vuruldu

27 yanvarda U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin qarışıq komanda yarışı keçirilib. 

"Operativ Media" xəbər verir ki, yarışlarda 12 komandadan 95 idmançı medallar uğrunda mübarizə aparıb. Qızlar -48 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, oğlanlar isə -60 kq., -81 kq. və +81 kq. çəki dərəcələrində güclərini sınayıblar.

Final görüşü Bakı şəhəri 13 nömrəli İOEUGİM ilə "Təhsil" RİM 10 nömrəli UGİM arasında keçirilib. Bakı şəhəri 13 nömrəli İOEUGİM 4:1 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb. 

Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:

1. Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

2. "Təhsil" Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbi

3. Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi

3. "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

5. "Təhsil" Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

5. Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi 2

7. Şimal-Qərb regionu

7. Neftçi İdman Klubu

Digər xəbərlər