28 Yanvar 2023, 10:27
"Qalatasaray" Fransadan müdafiəçi transfer edir
Türkiyə Super Liqasında çıxış edən "Qalatasaray" transfer çalışmalarını davam etdirir.
"Operativ Media" xəbər verir ki, "Sarı-qırmızılı" klub Fransanın "Reyms" klubunda çıxış edən mərkəz müdafiəçisi Andrev Qravillonu heyətinə qatmağa yaxındır. Futbolçu üçün fransız klubuna 4,5 milyon avroluq təklif edilib. Tərəflər böyük ölçüdə razılığa gəlib.
Qeyd edək ki, futbolçu ilə "Beşiktaş" klubu da maraqlanır.