28 Yanvar 2023, 16:06
Azərbaycan çempionu bəlli oldu
Azərbaycan çempionu bəlli oldu şəkil
Azərbaycan çempionu bəlli oldu

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi məlum olub.

"Operativ Media" xəbər verir ki, bu gün ölkə çempionatında tay-brek görüşləri oynanılıb. Finalın ilk rapib mübarizəsində ağ fiqurlarla oynayan Vasif Durarbəyli rəqibi Vüqar Əsədlini məğlub edib. İkinci görüşdə də qələbə qazanan Vasif Durarbəyli Azərbaycan çempionatının qalibi olub.

Bu V.Durarbəylinin karyerasında ikinci ölkə çempionluğudu. İlk dəfə 2021-ci ildə şahmatçı Azərbaycan çempionatında birinci yeri tutub. 

Üçüncü yer uğrunda görüş Eltac Səfərli - Məhəmməd Muradlı arasında keçirilib. İlk rapid oyunu heç-heçə başa çatıb. İkinci oyunda ağ fiqurlarla mübarizə aparan Eltac Səfərli rəqibi məğlub etməklə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 25 min manat təşkil edir. Çempion 10 min manat pul mükafatı qazanıb.

Son xəbərlər
Cənubi Koreya prokurorluğu prezidentə qarşı qiyam ittihamı irəli sürüb
Fidan: İraqdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır
Tramp İordaniya kralından Qəzza sakinlərini qəbul etməyi xahiş edib
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
26 Yanvar 2025, 15:33
Belarusda prezident seçkiləri keçirilir - YENİLƏNİB
Bu gün eksternat imtahanı keçirilib
Türkiyə Ordusu İraqda 13 terrorçunu öldürüb
Lukaşenko: Ukrayna ilə sərhəddə vəziyyət gərgindir