Sabiq "Qalatasaray" baş məşqçisi Hamza Hamzaoğlu "Liverpul"un ulduz müdafiəçisi Van Dayk haqqında danışıb.
"Operativ Media" xəbər verir ki, 2014-2015-ci illərdə "Qalatasaray" klubunu çalışdıran Hamza Hamzaoğlu o mövsüm Jason Denayeri transfer etmək istədiklərini bildirib.
"Jason Denayeri izləməyə gedərkən, onun komanda yoldaşının oyununu bəyəndim. Daha sonra Cenk Ergünə bu futbolçunu daha çox bəyəndiyimi bildirdim. Cenk Ergün klubun rəhbərliyi ilə danışdıqdan sonra bu futbolçunun çox baha olduğunu və bu transferin mümkün olmayacağını bildirdi".
Qeyd edək ki, Van Dayk 15,5 milyon avro qarşılığında "Southempton" klubuna, oradan da 75 milyon sterlinqə "Liverpul" klubuna transfer olmuşdu.