Kvabena Ovusu "Qarabağ"la vidalaşdı
Əziz Əzizli
"Qarabağ”dan ayrılan Kvabena Ovusu “atlılar”la vidalaşıb.
"Operativ Media" xəbər verir ki, Macarıstanın “Feretsvaroş” klubuna keçən qanalı forvard instaqram hesabında bunları yazıb:
“Qarabağ”ın heyrətamiz azarkeşlərinə, Azərbaycan xalqına, komanda yoldaşlarıma və birlikdə işləməkdən zövq aldığım hər kəsə təşəkkür edirəm. Məni xoş qarşıladız və bir oyunçu kimi böyüməyimə kömək etdiz. Sizlərə hər zaman minnətdar olacam. Ümid edirəm ki, futbol vasitəsilə sizə sevinc bəxş edə bildim və birlikdə keçirdiyimiz gözəl anları hər zaman xatırlayacam.
İndi yeni çağırışa başlamağın vaxtıdır. Mənə yoluma davam etmək üçün güc və sağlamlıq verdiyi üçün Allaha təşəkkür edirəm”.
Ovusu 2020-ci ilin yanvarından “Qarabağ”da çıxış edirdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net