http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanda ilk dəfə sualtı hövzələrdə istifadə edilən kabel istehsalına başlanılıb

31 Yanvar 2023 , 17:15
Azərbaycanda ilk dəfə sualtı hövzələrdə istifadə edilən kabel istehsalına başlanılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-nin kabel istehsalı müəssisəsi (STP Global Cable) Azərbaycanda ilk dəfə olaraq sualtı hövzələrdə istifadə edilən kabel istehsalına başlayıb.

"Operativ Media"nın xəbərinə görə, bu barədə İZİA-dan Azərtaca bildirilib ki, illik istehsal gücü 120 min ton təşkil edən müəssisədə məişət və sənayedə müxtəlif məqsədlər üçün istifadə olunan ümumilikdə 28 min çeşiddən artıq kabel və naqil istehsal etmək mümkündür. Müəssisə ölkəmizdə 110 kV-luq və fiber-optik kabellərin yeganə istehsalçısıdır. Hazırda müəssisədə mis və alüminium elektrotexniki çubuqlarının, 6 kV-dan 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc kabellərinin, eləcə də aşağı gərginlikli kabellərin, hava xətləri üçün naqillərin, həmçinin telefon və LAN kabellərinin istehsalı üzrə 70 istehsal xətti fəaliyyət göstərir.

Müəssisədə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də geniş istifadə olunur.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu