01 Fevral 2023, 07:45
RƏSMİ: "Çelsi" Entso Fernandes transferini tamamladı

İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi" heyətinə yeni futbolçu cəlb edib.
"Operativ Media" xəbər verir ki, "Zadəganlar" "Benfika" klubunun argentinalı futbolçusu Entso Fernandesi 120 milyon avroya heyətinə qatıb.
Entso Fernandezin "Çelsi"yə transferindən sonra "River Pleyt" sonrakı satışdan 25% pay maddəsinə əsasən 41 milyon avro bonus qazanıb.
Qeyd edək ki, bu, İngiltərə Prenyer Liqası tarixində ən bahalı transfer olub.