01 Fevral 2023, 11:07
Türkiyənin Azərbaycandan qaz idxalı ötən il 23,4 faiz artıb
Türkiyənin Azərbaycandan qaz idxalı ötən il 23,4 faiz artıb şəkil
Türkiyənin Azərbaycandan qaz idxalı ötən il 23,4 faiz artıb

Türkiyənin təbii qaz idxalı 2022-ci ilin noyabr ayında 2021-ci ilin eyni ayına görə yüzdə 18,3 azalaraq təxminən 4 milyard 123 milyon kubmetr olub.

"Operativ Media" "TRT Haber"ə istinadən xəbər verir ki,  ən çox idxal müvafiq olaraq İran, Azərbaycan və Rusiyadan edilib.

Ölkənin Enerji Bazarını Tənzimləmə Qurumunun 2022-ci ilin noyabr ayı üçün “Təbii Qaz Bazarı Sektoru Hesabatı”na əsasən, boru kəmərləri və 1 milyard 769 milyon kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) obyektləri vasitəsilə təqribən 2 milyard 353 milyon kubmetr idxal həyata keçirilib.

Bu dövrdə boru kəmərləri ilə təbii qaz idxalı təxminən 22,1 faiz, LNG idxalı isə 12,7 faiz azalıb. Ümumi təbii qaz idxalı bu dövrdə yüzdə 18,3 azalaraq təxminən 4 milyard 123 milyon kubmetr olub.

Ötən ilin noyabrında ən çox təbii qaz idxalı 857 milyon kubmetrlə İrandan, 749 milyon kubmetrlə Azərbaycandan, 746 milyon kubmetrlə Rusiyadan olub.

İrandan təbii qaz idxalı 7,6 faiz, Azərbaycandan idxal isə 23,4 faiz artıb. Rusiyadan idxal 53,8% azalıb.

Son xəbərlər
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib
Sabah yağış yağacaq, güclü külək əsəcək
200 min suriyalı qaçqın ölkəsinə qayıdıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 Yanvar 2025, 11:55
Azərbaycan PL: "Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Sabah"a qarşı
Medvedyev: Bayden Rusiya ilə müharibəyə səbəb oldu
Tramp Çinə səfər edəcək
Dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA