
Qazaxıstanın energetika naziri Bolat Akçulakov nazirliyin genişləndirilmiş iclasında ölkənin enerji sektoru ilə bağlı açıqlamalar verib.
"Operativ Media" xəbər verir ki, Qazaxıstanın energetika naziri Bolat Akçulakov son bir ildə 84,2 milyon ton neft hasil etdiklərini, 2023-cü ildə bu həcmi 90,5 milyon tona çatdırmağı hədəflədiklərini bildirib.
Akçulakov 2022-ci ildə hasil edilən ümumi neftin 64,3 milyon tonunu ixrac etdiklərini, bu il isə 71 milyon ton neft ixrac etməyi planlaşdırdıqlarını bildirib.
“Təbii qaz hasilatında bu il hədəf 55 milyard kubmetrdir”
Nazir Akçulakov da ötən il ölkədə 13,7 milyon ton neft məhsulu istehsal edildiyinə diqqət çəkərək, “Bildirmək istərdim ki, 2022-ci ildə Aİ-92 markalı benzin və dizel istehsalında rekord həddə çatmışıq”, - deyə qeyd edib.
Akçulakov təbii qaz hasilatının 2022-ci ildə 53,2 milyard kubmetr reallaşdığını, bu il üçün planlarının isə 55 milyard kubmetr olduğunu bildirib.
Akçulakov növbəti illərdə illik neft hasilatını artırmaq üçün ölkənin üç ən böyük neft yatağında genişləndirmə işlərinin aparıldığını da bildirib.