Menyu

Klublararası Dünya Çempionatına start verilib

Əziz Əzizli
Klublararası Dünya Çempionatına start verilib
1 dəq oxu

Futbol üzrə klublararası dünya çempionatına start verilib.

"Operativ Media" xəbər verir ki, Mərakeşdə təşkil olunan turnirin ilk oyunu Misirin “Əl-Əhli” və Yeni Zelandiyanın “Oklend Siti” komandaları arasında keçirilib.

1/4 finala vəsiqə uğrunda oyunda 3 cavabsız qolla qalib gələn “Əl-Əhli” növbəti mərhələyə yüksəlib.

“Əl-Əhli” 1/4 finalda ABŞ-nin "Sietl Saunders" komandası ilə qarşılaşacaq. Bu mərhələnin digər görüşü isə "Vidad"la (Mərakeş) "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) arasında təşkil ediləcək. Oyunlar fevralın 4-də keçiriləcək.

Madrid “Real”ı və Braziliyanın “Flamenqo” komandaları mübarizəyə yarımfinal mərhələsindən qoşulacaqlar

Əlaqəli Xəbərlər